Kokpit.az xatırladır ki, son yarış Red Bull üçün ürək açan olmayıb. Belə ki, Maks Ferstappen Red Bull Rinqdə lider gedərkən Lando Norrislə insident yaşayıb və yarışı beşinci yerdə bitirib.
Helmut Marko: “Bu, çox sürətli trasdır. Zaman nəticəsinə ciddi formada təsir edəcək böyük yeniliklərimiz var. Avstriyada sazlanmalar əla işlədi və buna görə də düşünürük ki, köhnə formamıza yenidən qayıdacağıq. Amma yenə də birinci yeri tutmaq üçün hər şey doğru işləməlidir, çünki McLaren eynilə keçən il olduğu kimi bütün traslarda, bütün növ təkər tərkiblərində və bütün hava şəraitlərində əla işləyir.
Yenə də deyirəm: Hədəfimiz Dünya Çempionluğudur və Avstriya Qran Prisi bunu qazanmağımıza kömək edəcək.
Mercedes də hazırda yüksəlişdədir, ancaq hələ öz güclərinə qazana biləcəklərini düşünmürəm. Hələ bir az da inkişaf etməlidirlər”.
Şərh əlavə et