Xəbəri Kokpitdə Oxuyun!

Ferrari yeniliklərlə gəlib

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Britaniya Qran Prisinə yeniliklərlə gələcəklər. 

Kokpit.az bildirir ki, son yarışda gözləntiləri qarşılaya bilməyən “qırmızılar” Silverstouna bolidin aerodinamik performansını artıracaq yeni detallar gətirəcəklər.

Frederik Vassyör: “İtaliya və Britaniya yarışları uzun illərdir ki, təqvimdədirlər. Silverstoun trası bolidin gücle və zəif yönlərini üzə çıxaran və ən yaxşı sürücülərin fərq yarada biləcəyi yüksək sürətli döngələrə sahibdir.

Maranellodakı mühəndislərimiz SF-24 üçün yeni bir paket hazırlayıb və inanıram ki, o paket hesabına asfaltayatma qüvvəmiz artacaq. İndi isə bu paketdən maksimum formada faydalanmaq vaxtıdır.

Bu həftəsonu standart formata geri qayıdırıq. Bunun hesabına sazlanma etmək və yenilikkərdən faydalanmaq üçün üçsaatlıq məşq sessiyamız olacaq.

Ancaq daha əvvəl dediyim kimi bolidi yaxşı formada sazlaya bilsək, yeni detallara nisbətdə daha yaxşı təsiri olacaq. Şarl və Karlosun sıralanma turunda üst pillərdə yer ala bilmələri və yarışda ön sıralarda mübarizə aparmaları üçün çox yaxşı işləməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et