Xəbəri Kokpitdə Oxuyun!

Williams xüsusi rəng çalarını təqdim edib

Williams k0mandası Britaniya Qran Prisi üçün xüsusi rəng çaları hazırlayıb. 

Kokpit.az bildirir ki, Williams komandası ev yarışında Birləşmiş Krallığın bayrağı olan bolidlə yarışacaq. Bayrağın üzərində 1005 komanda üzvünün adları olacaq. Bu bayraq maşının motor qapağında çəkilib.

Bundan başqa Brtiyaniyada birinci sərbəst yürüşlərdə Loqan Sarcenti Franko Kolapinto əvəz edəcək. Bundan başqa 2009-cu ilin Dünya Çempionu Censon Batton da 200-ci ildə – debüt mövsümündə sürdüyü Williams FW22 ilə şou yürüşü edəcək.

Williams komandasının rəhbəri Ceyms Vavls: “Silverstoun mövsümün ən önəmli yarışlarından biridir və öz ölkəmizdəki yarışda komanda işçilərinə təşəkkür etdiyimiz üçün çox sevincliyəm. Williams komandası başdan-ayağa qədər dəyişiklik edir. Bununla da ön sıralarda rəqabətədavamlı ola bilərik. Xalqımız və mədəniyyətimiz bu uğurun açarı olacaq.

Formula 1-də yarışmaq üçün bazada və trasda hər adam əlindən gələni etməlidir və bu il belə təzyiq altındaykən göstərdiyimiz performansdan razıyam”.

Rauf Hacıyev

Şərh əlavə et