Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Bizi xüsusi yarış gözləyir

Red Bull F1-də 2005-ci ildə debüt edib və qarşıdakı Britaniya Qran Prisində 20-ci mövsüm qeyd ediləcək. Bununla əlaqədar maşının liveriyası yenilənəcək. Lakin onun necə görünəcəyi barədə hələ ki, məlumat verilmir.

Kokpit.az bildirir ki, Silverstoun bir çox komandanın bazasının yaxınlığında yerləşən trasdır və Red Bull da əlamətdar hadisəni qeyd etmək üçün məhz buranı seçib.

Maks Ferstappen: “Britaniya Qran Prisi komandamız üçün daha bir ev yarışıdır, ona görə də Milton Keynesdəki Red Bull Racing bazasında hər kəsin fəxr edəcəyi bir şey olmasını istəyirik. Avstriyada hər şey ümid etdiyimiz kimi bitmədi, amma keçən həftə sonu bizə çox şey öyrətdi. Mən və komanda bütün bunları gələcək üçün nəzərə alacaq, yaxşı təhlil edib işimizdə tətbiq etməyə çalışacağıq.

Yarış zamanı müəyyən səhvlərə yol verildi ki, bu da bizə baha başa gəldi. Lakin yaxşı məqamları da xatırlamalıyıq – həftəsonu uğurlarımız da çox idi, o cümlədən sprintdə qalib gəldik və iki dəfə poul qazandıq.

Komandanın avtomobilin dizaynının yeni versiyasını hazırladığı xüsusi yarış bizi gözləyir. Biz daha da güclənmək istəyirik və həftəsonunu Silverstounda keçirməyə hazırıq, xüsusən də, komandamızın tarixinin 20-ci ili olduğu üçün  qeyd olunacaq bir şeydir”.

 

Elçin Zodorov

Şərh əlavə et