Kokpit.az xatırladır ki, Şpilberqdəki yarışın sonlarına doğru Maks Ferstappenlə fərqi azaldan Lando Norris ona hücum etmiş, lakin niderlandlı həmkarının qaydalar çərçivəsindən çıxması təmasla nəticələnmişdi. Nəticədə Ferstappen məcburi pit-stop edərək yarışı beşinci yerdə başa vurarkən Norris üçün mübarizə başa çatmışdı. Komanda bu həftəsonu Silverstpundakı ev yarışında podiumun ən yüksək pilləsinə yüksəlmək istəyir.
Lando Norris: “Britaniya Qran Prisini böyük həvəslə gözləyirəm. Silverstounu sevirəm. Bu maraqlı trasdır, həm də mənim və komandam üçün evdir. Azarkeşlərimizin dəstəyi bu yarışı daha da xüsusi edir. Biz bilirik ki, istənilən trasda yarışa bilən sürətli avtomobilimiz var və bu, mövsümün qalan hissəsi üçün ümidvericidir. Keçən il Silverstounda podiuma çıxmaq heyrətamiz idi, lakin ev yarışında qalib gəlmək növbəti səviyyəyə yüksələn bir addımdır. İrəli!”
Xatırladaq ki, Lando cari mövsümdə 6 dəfə podiuma yüksəlib ki, bunlardan dördü ikincilik olub. Bir dəfə üçüncü olan britaniyalı gənc sürücü Mayamidə də karyerasındakı ilk və hələ ki, yeganə olan qələbəsini qazanıb. O, sürücülər çempionatında hazırda ikinci yerdədir.
Şərh əlavə et