Kokpit.az xatırladır ki, qaydalara görə komandalar mövsüm ərzində ən az iki dəfə sərbəst yürüşlərdə bir gənc sürücü ilə çıxış etməlidirlər. Komandalar da ya sponsorların sürücüləri ilə ya da öz akademiyalarının sürücüləri ilə trasa çıxırlar.
Willimas komandası daha əvvəl Franko Kolapinto ilə trasa çıxacağını bildirmişdi. İndi isə Alpine komandası ilk sessiyada Pyer Qaslinin yerinə Cek Duhən ilə çıxış edəcəyini açıqlayıb. Bu, Avstraliyalı sürücünün özünü göstərməsi üçün önəmli fürsətdir.
Xatırladaq ki, Cek Duhən Kanada Qran Prisinin birinci sərbəst yürüşlərində trasa çıxmışdı. Beləliklə, Alpine komandası hər iki haqqını da mövsümün ilk yarısında istifadə etmiş olacaq.
Oliver Berman isə Haas komandası ilə birinci sərbəst yürüşlərdə çıxış edəcək. Britaniyalı sürücü gələn il Haas komandası ilə Formula 1-də debüt etməyə yaxındır və bu il üçüncü dəfə VF-24-ün sükanı arxasına keçəcək. Gənc pilotun bu il daha 4 dəfə sərbəst yürüşlərdə iştirak etməsi gözlənilir.
Şərh əlavə et