Xəbəri Kokpitdə Oxuyun!

Maks cəzanı qəbul etmir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, LAndo Norrislə insidentə görə aldığı 10 saniyə cəza çox axmaq qərar olub.

Kokpit.az xatırladır ki, Avstriya yarışının gedişatı onu göstərirdi ki, ya Maks Ferstappen qazanacaq ya da Lando Norris. Əslində Ferstappen yarışın sonlarına qədər aşkar favorit kimi görünürdü. Lakin son pitdən sonra Norris rəqibinə yaxınlaşıb. Britaniyalı sürücü rəqibinə bir neçə dəfə hücum etsə də, nəticəsi olmayıb. Ancaq 71 dövrəlik yarışın 64-cü dövrəsində iki sürücü üçüncü döngədə yan-yana gəliblər və təmas yaşayıblar. Bu təmasdan sonra hər iki sürücünün də təkəri partlayıb.

Bu təmasdan sonra Ferstappen yarışı beşinci bitirdiyi halda, Norris mübarizəni dayandırıb. Bunun məntiqi nəticəsi kimi Maks Ferstappenə 10 saniyə cəzası verilib. Lakin bu cəza heç nəyi dəyişməyib, çünki niderlandlı sürücü 6-cı yerdəki Hülkenberqdən çox öndə olub.

Maks Ferstappen yarışdan sonra radiodan komandasına bildirib ki, ona verilən cəza çox axmaqcadır: “Bu çox axmaqcadır. Elə sağa-sola gedə bilməz. Nə etməyimi stəyirdiniz?”.

Red Bull komandasının rəhbəri Kristian Horner də verdiyi cavabla sürücüsü Maksı dəstəkləyib: “Lando orada düz eləmədi, Maks. Çox böyük bəxtsizlik yaşadıq. Xüsusən də burada. Amma sən əlindən gələnin ən yaxşısını etdin”.

Rauf Hacıyev

Şərh əlavə et