Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Maks vecsiz və çarəsiz adamdır

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Maks Ferstappen çarəsiz və vecsiz adamdır.

Kokpit.az xatırladır ki, Avstriya yarışının gedişatı onu göstərirdi ki, ya Maks Ferstappen qazanacaq ya da Lando Norris. Əslində Ferstappen yarışın sonlarına qədər aşkar favorit kimi görünürdü. Lakin son pitdən sonra Norris rəqibinə yaxınlaşdı. Britaniyalı sürücü rəqibinə bir neçə dəfə hücum etsə də, nəticəsi olmayıb. Lakin 71 dövrəlik yarışın 64-cü dövrəsində iki sürücü üçüncü döngədə yan-yana gəliblər və təmas yaşayıblar.

Bu təmasdan sonra Ferstappen yarışı beşinci bitirdiyi halda, Norris mübarizəni dayandırıb.

Burada bütün günah Ferstappendə idi, çünki niderlandlı sürücü Norris hücum edərkən maşınını onun üzərinə çəkib. Bu təmasdan sonra britaniyalı pilotun maşınında asılqan da qırıldığı üçün o pitdən yarışa qayıda bilməyib. Stüardlar insidenti araşdırdıqdan sonra Ferstappeni günahkar görüblər və ona 10 saniyə zaman cəzası veriblər.

Lando Norris: “Bizə bəzi şeyləri etməyə icazə verən və icazə verməyən qaydalar var. Bizə icazə verilməyən şeyləri etsə də, cəza almadı. Maksa qarşı çətin mübarizə gözləyirdim. Nələr baş verə biləcəyinin fərqində idim. Mənə qarşı aqressiv müdafiə, limitləri aşma və bu cür başqa şeylər gözləyirdim. Üç dəfə asanlqıla qəzaya səbəb ola biləcək hərəkətlər etdi. Bu bir az vecsizlikdir. Bu halda çox çarəsiz görünürdü.

Elə olmasına gərək yoxdur, çünki çoxlu qələbəsi var. Amma ötməyimə icazə verməmək üçün etdiyi şeylər çarəsizlik idi. Bilirdim ki, aqressiv olacaq. Yəni ki. onun hərəkətlətinə təəccüblənmədim, amma sadəcə sərt, ədalətli, və hörmətli yarış gözləyirdim və onun belə davrandığını düşünmürəm.

Etdiyim heç bir şeyi dəyişdirməli olduğumu düşünmürəm. Trasın kənarında idim və başqa nə edəcəyimi bilmirəm. O həmişə belə olub. Maksa, onun istedadına və trasa çıxanda etdiyi şeylərə çox hörmət edirəm, amma bu gün bir az irəli getdi. Bu, insidentdir və bilirəm ki, belə hal həmişə yaşana bilər. Çox məyus oldum. Yarışımı məhv etdi. Maşınımı məhv etdi. Bunlar ən yaxşı detallar idilər və zibilə döndülər. Bu mübarizədə yeniliklər, büdcə limiti və bunun kimi şeylərə görə çox yerimiz yoxdur. Maşının tamamı məhv oldu və növbəti həftəsonu üçün bu detallara ehtiyacımız var.  Bu, sadəcə trasda olanların əks olunması deyil. Silverstoun yarışınında da pis vəziyyətə düşdük. Ondan sadəcə bir az normal sürməsini gözləyirdim”.

Rauf Hacıyev

Şərh əlavə et