Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Ferstappen səhvini qəbul etməsə hörmətimi itirəcək

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Maks Ferstappen səhvini qəbul etməsə, ona hörmət etməyəcək.

Kokpit.az xatırladır ki, Avstriya yarışının gedişatı onu göstərirdi ki, ya Maks Ferstappen qazanacaq ya da Lando Norris. Əslində Ferstappen yarışın sonlarına qədər aşkar favorit kimi görünürdü. Lakin son pitdən sonra Norris rəqibinə yaxınlaşdı. Britaniyalı sürücü rəqibinə bir neçə dəfə hücum etsə də, nəticəsi olmayıb. Lakin 71 dövrəlik yarışın 64-cü dövrəsində iki sürücü üçüncü döngədə yan-yana gəliblər və təmas yaşayıblar.

Lando Norris bildirib ki, Maks Ferstappendən üzr gözləyir: “Bu, mənim deməli olduğum şey deyil. O deməlidir. Yaxşı və ədalətli yarış keçirməyə çalışıram. Ancaq qarşılığında ondan bunu görmədim. Üç dəfə etdiyi hərəkət fikrimcə ədalətli deyildi. Ona heç bir cxəbərdarlıq verilmədi. Son dəfə etdiyində isə ikimizin də yarışını məhv etdi.

Əgər mən səhv hərəkər eləməmişəm desə, ona olan hörmətimi itirəcək”.

Maks Ferstappen isə bildirib ki, insident barədə Norris ilə danışacaq. Ancaq bunun üçün əsəblərin soyumasını gözləyəcək: “Bu barədə danışacağıq, amma indi yox. Hazırda doğru zaman deyil. Əsəblər soyumalıdır: “Hamımız yarış sürücüləriyik. Əlbəttə bir-birimizə çırpılmaq istəmərik. Liderlik uğrunda mübarizə apararkən çətin mübarizələr ola bilər. Bu gn oldu və məyusedici haldır. Mən də, o da əsəbidir. Bu da normal haldır.

Əlbəttə Lando ilə aramızda bir neçə yaş fərqi var. Buna görə də onunla aşağı kateqoriyalarda yarışmamışıq. Amma bundan sonra yolumuza davam edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et