Kokpit.az xatırladır ki, Maks Ferstappen həftəsonu boyu güclü olub – niderlandlı sürücü yeganə məşqlərdə, sprintin sıralanma turunda və sprint yarışında əlçatmaz olub. Dünən də əsas yarışın sıralanma turunda poulun sahibi olub.
Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Startda Çjou sərt, qalan hamı orta təkərləri seçib. Yarışa ön cərgədən Ferstappen və Norris, ikinci cərgədən Rassell və Sayns, üçüncü cərgədən isə Həmilton və Lekler başlayıblar.
Startda liderlər yerini qoruyub, Həmilton Saynsı geridə qoyub. Peres isə 6-cı yerə qədər yüksəlib. Lekler Piastri ilə təmasda ön qanadı zədələndiyi üçün erkən pit-stop etməli olub. Həmilton Rasselli ötüb, lakin Corc dərhal yerini geri qaytara bilib.
Sayns Həmiltona uduzduğu yeri geri qaytarıb. İlk üçlük bir-birindən 2 saniyədən çox uzaqlaşıb. Peresin tempi düşüb və Piastri onu ötüb. 8-ci dövrədə ilk onluq: Ferstappen – Norris- Rassell – Sayns – Həmilton – Piastri – Peres – Hülkenberq – Okon – Maqnussen.
Maqnussen və Rikkardo 11-ci dövrədə pit-stop ediblər. Hülkenberq və Alonso da bir dövrə sonra təkərlərini dəyişiblər. Haas sürücüləri mübarizə aparıblar və Maqnussen öndə qalıb. Bir qədər sonra isə alman sürücü danimarkalı həmkarını üstələyib. Elbon pit-stop edib.
Arxa sıralarda Elbon Leklerlə mübarizədən qalib ayrılıb. Monakolu sürücü 17-ci dövrədə ikinci dəfə pit yoluna üz tutub və Medium təkərlərə qayıdıb. Hülkenberq hələ təkərlərini dəyişməmiş Çjounu keçib. Okon və Bottas 20-ci dövrədə pit-stop edib. Əsas dalğa məhz bundan sonra başlayıb. Çjou Alonso ilə təmasdan sonra trasdan çıxıb, Rikkardo və ispan sürücü onu ötüblər.
Sarcent yenidən pitə yollanıb. Həmilton, Peres və Tsunoda 22-ci dövrədə təkərlərini dəyişşmək üçün çağrılıblar. Rassell və Sayns 23-cü dövrədə onları izləyiblər. Ferstappen və Norris də onlardan bir dövrə sonra pit-stopa dəvət edilib. Alonso Çjou ilə insidentə görə 10 saniyəlik cəza alıb. Piastri liderliyə yüksəlib.
Ferstappen pit-stopdan sonra Norrisin önünə təhlükəli şəkildə buraxılıb, hakimlər insidenti nəzarətə götürüblər. Həmilton pit yolunun girişində xətti tapdaladığı üçün 5 saniyəlik cəzalandırılıb. Piastri 26-cı dövrədə təkərlərini dəyişib və altıncı yerdə geri qayıdıb. Peres də pit yolunda sürət həddini aşdığı üçün 5 saniyəlik cəzalanıb.
Ferstappenə heç bir cəza verilməyib. Lekler 34-cü dövrədə üçüncü pit-stopunu edib. Okon 35-ci dövrədə Alonsonu ötüb. Bir dövrə sonra isə Qasliyə hücum edib və komanda yoldaşını trasdan çıxarmaq hesabına önə keçib. 36-cı dövrədə ilk onluq: Ferstappen – Norris – Rassell – Sayns – Həmilton – Piastri – Peres – Hülkenberq – Maqnussen – Rikkardo.
Alonso pit-stop edib, cəriməsini də ödəyən Fernandonun təkərdəyişmə prossesi 14 saniyədən çox çəkib. Rikkardo ikinci pit-stopuna yollanıb. Maqnussen də yenidən təkər dəyişib. Qasli ilə Okonun mübarizəsi davam edib, bu dəfə isə Qasli həmyerlisindən üstün olub. Okonun maşınından parçalar qoparaq trasa düşüb və dərhal pit-stop edərək yeni təkərlərə keçib.
Tsunoda təkər dəyişmək üçün çağrılıb. Elbon da Həmiltonla eyni səbəblə 5 saniyə cəza alıb. İlk üçlükdən yeni təkərə daha tez keçən sürücü Rassell olub. Bir dövrə sonra Sayns Medium təkrələrə keçib. Piastri Həmiltonla mübarizədən qalib ayrılıb. Ferstappen təkərlərin çox yeyilməsindən gileylənib və nəhayət, 52-ci dövrədə pit-stopa çağırlıb.
McLaren dərhal hər iki sürücüsünü yeni təkərlər üçün dəvət edib. Ferstappen pit-stopda ləngiyib və Norrislə fərqi 3 saniyəyə enib. Peres də pit-stop edib. Lekler 4-cü pit-stopunu 53-cü dövrədə edib. Norris fərqi daha da azaldıb. Həmilton liderlər qrupunda ən gec təkər dəyişən sürücü olub. Norris fərqi DRS zonasına düşəcək qədər azaldıb və nəhayət, 55-ci dövrədə hücumlara başlayıb.
59-cu dövrədə Norris Ferstappeni keçib, lakin trasdan da çıxıb. Bir qədər sonra isə Ferstappen yenidən liderliyni bərpa edib. İkili arasında gərgin mübarizə xeyli müddət davam edib. 63-cü dövrədə Landonun hücumunda Maks trasdan çıxmaq hesabına öndə qala bilib. Norris məsələdən gileylənib.
Bir dövrə sonra insident hər ikisinin təkərinin deşilməsi ilə nəticələnib. Rassell liderliyə yüksəlib. Piastri Saynsı geridə qoyaraq ikinci olub. Norrisə 5 saniyəlik verilib, lakin o pit yoluna gələrək yarışdan çəkilib. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib və çox qısa dacam edib. Ferstappenə isnidentə görə 10 saniyə cəza verilib.
Alonso sona 1 dövrə qalmış pit-stop edib. Peres uzun müddət Hülkenberqə hücumlar etsə də, onu ötməyə nail olmayıb. Alonso son anda sürətli dövrə vurub.
Corc Rassell mövsümdə ilk, karyerasında isə ikinci qələbəsini qazanıb. Oskar Piastri yarışı ikinci yerdə tamamlayıb, Karlos Sayns isə podiumu bağlayıb. Mübarizə gələn həftə əfsanəvi Silverstoun trasında davam edəcək.
Sıra | Sürücü | Komanda | Vaxt | Pit |
1 | Corc Rassell | Mercedes | 1:24:22.798 | 2 |
2 | Oskar Piastri | McLaren | +1.906 | 2 |
3 | Karlos Sayns | Ferrari | +4.533 | 2 |
4 | Lyuis Həmilton | Mercedes | +23.142 | 2 |
5 | Maks Ferstappen* | Red Bull | +37.253 | 3 |
6 | Niko Hülkenberq | Haas | +54.088 | 2 |
7 | Serxio Peres | Red Bull | +54.672 | 2 |
8 | Kevin Maqnussen | Haas | +60.355 | 2 |
9 | Daniel Rikkardo | RB | +61.169 | 2 |
10 | Pyer Qasli | Alpine | +61.766 | 2 |
11 | Şarl Lekler | Ferrari | +67.056 | 4 |
12 | Esteban Okon | Alpine | +68.325 | 2 |
13 | Ləns Stroll | Aston Martin | +1 dövrə | 2 |
14 | Yuki Tsunoda | RB | +1 dövrə | 2 |
15 | Aleksander Elbon** | Williams | +1 dövrə | 2 |
16 | Valtteri Bottas | Sauber | +1 dövrə | 2 |
17 | Quanyu Çjou | Sauber | +1 dövrə | 2 |
18 | Fernando Alonso | Aston Martin | +1 dövrə | 3 |
19 | Loqan Sarcent | Williams | +2 dövrə | 3 |
20 | Lando Norris*** | McLaren | qəza | 3 |
* – Lando Norrislə insidentə görə Maks Ferstappenin nəticəsinə 10 saniyə əlavə edilib.
** – Pit yolunun girişində xətti taptaladığına görə Aleksander Elobnun nəticəsinə 5 saniyə əlavə edilib.
*** – Tras hüdudlarını pozduğuna görə Lando Norrisin nəticəsinə 5 saniyə əlavə edilib.
Sürətli dövrə: Fernando Alonso (Aston Martin) – 1:07.694 (51-ci dövrə, 217.405 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR
Pilot | Komanda | Dövrə | Səbəb |
Lando Norris | McLaren | 64 | qəza |
SÜRÜCÜLƏR ÇEMPİONATI
Sıra | Pilot | Komanda | Xal |
1 | Maks Ferstappen | Oracle Red Bull Racing | 237 |
2 | Lando Norris | McLaren F1 Team | 156 |
3 | Şarl Lekler | Scuderia Ferrari | 150 |
4 | Karlos Sayns | Scuderia Ferrari | 135 |
5 | Serxio Peres | Oracle Red Bull Racing | 118 |
6 | Oskar Piastri | McLaren F1 Team | 112 |
7 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 111 |
8 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 85 |
9 | Fernando Alonso | Aston Martin Aramco F1 Team | 41 |
10 | Yuki Tsunoda | Visa Cash App RB F1 Team | 19 |
11 | Ləns Stroll | Aston Martin Aramco F1 Team | 17 |
12 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 14 |
13 | Daniel Rikkardo | Visa Cash App RB F1 Team | 11 |
14 | Oliver Birman | Scuderia Ferrari | 6 |
15 | Pyer Qasli | BWT Alpine F1 Team | 6 |
16 | Kevin Maqnussen | MoneyGram Haas F1 Team | 5 |
17 | Esteban Okon | BWT Alpine F1 Team | 3 |
18 | Aleksander Elbon | Williams Racing | 2 |
MÜHƏNDİSLƏR KUBOKU
Sıra | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Honda RBPT | 355 |
2 | Scuderia Ferrari | Ferrari | 291 |
3 | McLaren F1 Team | Mercedes | 268 |
4 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 196 |
5 | Aston Martin Aramco F1 Team | Mercedes | 58 |
6 | Visa Cash App RB F1 Team | Honda RBPT | 30 |
7 | MoneyGram Haas F1 Team | Ferrari | 19 |
8 | BWT Alpine F1 Team | Renault | 9 |
9 | Williams Racing | Mercedes | 2 |
Şərh əlavə et