Kokpit.az xatırladır ki, Yeddiqat Dünya Çempionu komanda yoldaşı Corc Rasselldən 0.1 saniyə geri qalaraq, sıralanma turunda beşinci yeri tutub. Bu isə o deməkdir ki, Mercedes hazırda Red Bull və McLaren-dən sonra peletonun ən sürətli üçüncü komandasıdır.
Lyuis Həmilton: “Bolidin balansı cəhətdən inkişaf etmişik. Xüsusən də son dövrəm çox yaxşı idi, amma orta sektorda bir az zəif idik.
Sprintdə yarış tempim çox pis idi. Maşını dəyişdirdik. Buna görə də ümid edirəm ki, bazar günü yarış tempində daha yaxşı olacağıq. Ferrari-lərə qarşı daha çox təzyiq quraraq podiuma çıxmağa cəhd edəcəyik. Önümdəki Ferrari-ni (Karlos Sayns) mümkün qədər tez keçməliyəm”.
Qeyd edək ki, Mercedes komandası son iki yarışda – Kanada və İspaniya – yarışlarında podiuma yüksəlib. “Gümüşü oxlar” bu uğurlu seriyanı Şpilberqdə də davam etdirmək istəyirlər.
Şərh əlavə et