Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Onların qəza edəcəyini bilirdim

Mercedes komandasının sürüdüsü Corc Rassell bildirib ki, son dövrələrdə Maks Ferstappenlə Lando Norris arasında qəza gözləyirmiş.

Kokpit.az xatırladır ki, Avstriya yarışının gedişatı onu göstərirdi ki, ya Maks Ferstappen qazanacaq ya da Lando Norris. Əslində Ferstappen yarışın sonlarına qədər aşkar favorit kimi görünürdü. Lakin son pitdən sonra Norris rəqibinə yaxınlaşdı. Britaniyalı sürücü rəqibinə bir neçə dəfə hücum etsə də, nəticəsi olmayıb. Lakin 71 dövrəlik yarışın 64-cü dövrəsində iki sürücü üçüncü döngədə yan-yana gəliblər və təmas yaşayıblar.

Bu təmasdan sonra Ferstappen yarışı beşinci bitirdiyi halda, Norris mübarizəni dayandırıb. Bu qəzadan ən çox xeyir görən sürücü isə yarışı üçüncü yerdə aparan Corc Rassell olub. O, bununla da karyerasının ikinci qələbəsini əldə edib.

Corc Rassell: “İnanılmaz idi. Yarışın əvvəlində üçüncü yeri qorumaq üçün mübarizə apardım. Maks və Landonun çox sərt mübarizə apardıqlarını gördüm və bilirdim ki, Lando bu qələbəni çox istəyəcək. Komanda bizi bu mübarizəyə salmaq üçün əla iş gördü. Fürsətdən istifadə etmək üçün doğru yerdə olmalısınız və mən orada idim.

Maks və Lando qazanmaq üçün yarışırdılar. Onlara bu qədər yaxın olduğumuza inanmırdım. Sadəcə 12 saniyə geridə qalırdıq və qəza ehtimalını bilirdim. Həmişə xəyal edirsiniz.

Ən üst pilləyə qayırdığım üçün çox qürur duyuram. Mövsümün əvvəlindən bəri çox inkişaf etdik. Son bir neçə yarış inanılmaz idi. Daha çox qələbə gələcək”.

Rauf Hacıyev

Şərh əlavə et