Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Red Bull Rinqdəki sprint yarışına üçüncü yerdən başlasa da, finişə ikinci yerdə çatıb.
Oskar Piastri: “Başladığım yerdən bir pillə yuxarıda finiş gördüm, amma yarışın ikinci hissəsində tempim çatmadı. Düşündüm ki, Maks və LAndo önə keçməyim üçün fürstə yaradacaqlar, amma elə olmadı. Nahardan sonra və sabah yarışı üçün bəzi şeyləri təhlil edəcəyik, amma qətiliklə deyirəm ki, xallar qazanacağıq və rəqiblərimizə nisbətən daha çox xal topladıq.
Maksla Landonun çox sərt mübarizə apardıqlarını görə bilirdim və 4-cü döngəyə gördüm ki, həmlə gec edilib və döngə çıxışında bir fürsətimin olacağını bilirdim. Ümid edirdim ki, ikisini birdən keçəcəm, amma sadəcə vaxtımı gözlədim və əlimdən gələnin ən yaxşısını etməyə çalışdım.
Deyəsən bir dövrədən sonra Maksı keçmək üçün bir fürsətim var idi, amma bundan sonra tempim çatmadı. Startda səbirli olmaq bir az işə yaradı”.
Şərh əlavə et