Kokpit.az xatırladır ki, niderlandlı sürücü cümə günü sprint sıralanma turunda poul qazandıqdan sonra bugünkü sprint yarışını qazanıb. Üçqat Dünya Çempionu yarışın beşinci dövrədə McLaren komandasının sürücüləri ilə liderlik uğrunda mübarizə aparsa da, yerini qoruya bilib və Avstriyada ardıcıl üçüncü il sprint yarışını qazanıb.
Maks Ferstappen: “İlk dövrə yaxşı keçdi, amma DRS aktivləşəndən sonra DRS pəncərəsindən qurtulmaq çətin idi. Bir neçə dəgə həyəcanlı mübarizə olsa da, DRS-dən qurtulduqdan sonra öz yarışımı keçirə bildim. Hər şey daha yaxşı oldu.
Mənim işimi çətinləşdirmək üçün iki maşının etdiklərini yəqin ki hamınız görmüsünüz. Sabah bir neçə şeyi daha yaxşı etməliyik, çünki sabahkı yarış daha uzun olacaq və təkərləri qorumaq da çətinləşəcək. Görək sabah nə edirik”.
Şərh əlavə et