Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Boliddə yaxşı hiss etdim

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, sıralanma turundan çox həzz alıb.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Avstriyadakı sıralanma turunda Lando Norrisi 0.4 saniyə qabaqlayaraq, poul qazanıb.

Maks Ferstappen: “Sıralanma turu doğrudan da çox yaxşı keçdi. Bu gün öyrəndiyimiz şeylərdən sonra maşını bir az sazlamağa çalışdıq və məncə, işə yaradı. Əlbəttə, tras dünənə nisbətən bir az da isti idi və bu sürüşü çətinləşdirdi, amma maşın bu gün daha yaxşı hiss etdirirdi. Bolidi döngələrdə bir az da limitdə sürə bildim. Hər dövrə çox yaxşı idi və trasda olmaqdan həzz aldım.

Uzun müddət idi ki, əsas yarış üçün poul qazana bilmirdik. Buna görə də əla hissdir. Komanda bolidi daha güclü etmək üçün çox işləyir. Bugünkü performansımız da bu işlərin göstəricisidir. Ümid edirəm ki, bunu sabahkı yarışda da göstərə bilərik və Norris ilə sıx mübarizə apararıq”.

Rauf Hacıyev

Şərh əlavə et