Kokpit.az xatırladır ki, bu həftəsonunun ən böyük favoritləri Red Bull və McLaren komandaları idilər. Bunun məntiqi nəticəsi kimi bu komandanın sürücüləri Avstriya Qran Prisinin sıralanma turunda ilk iki yeri tutublar. Lando Norris Maks Ferstappendən 0.404 saniyə geridə qalaraq ikinciliyə razı olub.
Lando Norris: “Bu gün bu nəticə bizim üçün maksimum idi. Maks öz liqasinda yarışırdı. Bizdən çox sürətlidir və buna görə də ikinci yerə görə sevinirəm.
Şərait çətin idi və maşını sürmək dünənkindən daha çətin idi. Dövrə vurmaq, dövrələri yaxşılaşdırmaq çətin oldu. Bu nəticə yetəri qədər yaxşıdır və bunu qəbul edirəm”.
Sabahkı yarış çox çətin keçəcək. Bugünkü tempimizə baxanda gərək limitlərdə sürək. Maks və Red Bull-ların tempini qabaqlamaq üçün əlavə şeylərə ehtiyacımız var.
Əlimdən gələni edəcəyəm. Səhər etdiyimdən daha yaxşısını edəcəyəm. Bu qətidir. Həyəcanla gözləyirəm. Yarış uzundur və çox şey ola bilər. Biz yarışlarda sıralanma turuna nisbətən daha güclü oluruq. Görək nə edəcəyik”.
Şərh əlavə et