Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Həvəskar kimi davrandım

McLaren komandasının sürücüsü Lando norris bildirib ki, Maks Ferstappenlə mübarizə apararkən həvəskar sürücü kimi çox boşluq buraxıb. 

Kokpit.az xatırladır ki, Maks Ferstappen pouldan başladığı Avstriya sprint yarışını qazanıb. Lando Norris isə bir ara liderliyə yüksəldiyi yarışı üçüncü yerdə bitirib.

Lando Norris: “Yaxşı yarış idi. Xüsusən də Maks ilı startda çox əyləndim. Əlbəttə, təkər-təkərə mübarizədə daha yaxşı iş görməli idim. Bunu anlayıram. Bolidin gücü xüsusən də son dövrələrdə yaxşı idi.

Oskarı keçməyə çalışarkən yaxşı mübarizə apardım, amma tempim yetərli deyildi. Yaxşı yarış idi. Komanda əla iş gördü.

Məncə, işlər qaydasına düşəndə və təkərlər qazanda vəziyyət çətinləşir. Buna görə də əlimə düşən fürsəti dəyərləndirməli idim. Amma hər şeyi korladım və həvəskar sürücü kimi qapını açıq qoydum. Bəzi şeyləri təkmilləşdirməliyik, amma vəziyyətimiz yaxşıdır. Sabah qələbıə üçün mübarizə apara bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et