Kokpit.az xatırladır ki, britaniyalı sürücü Avstriyadakı sıralanma turunda 4-cü olsa da, Oskar Piastrinin tras limitlərinə riayət etmədiyi üçün zaman nəticəsi silindiyindən yarışa üçüncü yerdən başlayacaq.
Corc Rassell: “Maşında özümü yaxşı hiss edirəm. Komanda yenilikləri gətirmək üçün çox işlədi. Xüsusən də Ferrari ilə mübarizə apara bildiyimizi hiss edirik.
Hələ də McLaren-dən bir az geridə qalırıq. Maks və Red bull isə bu gün sözün əsl mənasında uçurdular. Amma düşünürəm ki, doğru yöndəyik.
Sprintdən sonra boliddə bir neçə şeyi dəyişdirdik. Məsələn, qanad səviyyəsini dəyişdirdik və bu bizə bir az kömək etdi. Sabah da təkər qızmasına kömək edəcəyinə inanırıq. Üçüncü yerdə olmaqdan razıyam, çünki yarış üçün sıralanma turunu bir az təhlükəyə atmışıq. Lyuis ilə birlikdə üçlükdə olduğumuz ardıcıl 3 yarış var. Bu doğrudan da gözəl hissdir.
Lando Norrislə Maks Ferstappen sprint yarışında bir-birlərinə riskli hücumlar etdilər. Buna görə də arxama söykənib onları izləyəcəyəm və onları gizlin-gizlin keçməyə ümid edəcəyəm.
Lakin realist olsaq, bizdən daha sürətlidirlər. Buna görə də onlarla mübarizə apararaq yarışımızı təhlükəyə atmamaq çox vacibdir”.
Şərh əlavə et