Kokpit.az xatırladır ki, Corc Rassell Avstriyadakı sprint yarışında Karlos Saynsla uzun müddət mübarizə aparıb və sonda qalib gələn tərəf olub.
Dördüncü yeri tutan britaniyalı sürücü sprint yarışından sonra bunları deyib: “Öndəki mübarizə və daha sonra Karlos Saynsla olan yarışımıza görə maraqlı sprint keçdi. Karlosu keçən kimi bir neçə dövrə DRS-dən qurtula bilmədim, amma problem olmadı. McLaren hələ öndədir. Biz isə Ferrari-dən öndəyik və bunu görmək gözəldir.
Bir neçə fəyişiklik edəcəyik, amma maşın çox yaxşı vəziyyətdədir. Maks və McLaren-lərdən çox cüzi geridə qalırıq”.
Şərh əlavə et