Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Ferrari-dən güclüyük

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, hazırda Mercedes Ferrari-dən güclüdür.

Kokpit.az xatırladır ki, Corc Rassell Avstriyadakı sprint yarışında Karlos Saynsla uzun müddət mübarizə aparıb və sonda qalib gələn tərəf olub.

Dördüncü yeri tutan britaniyalı sürücü sprint yarışından sonra bunları deyib: “Öndəki mübarizə və daha sonra Karlos Saynsla olan yarışımıza görə maraqlı sprint keçdi. Karlosu keçən kimi bir neçə dövrə DRS-dən qurtula bilmədim, amma problem olmadı. McLaren hələ öndədir. Biz isə Ferrari-dən öndəyik və bunu görmək gözəldir.

Bir neçə fəyişiklik edəcəyik, amma maşın çox yaxşı vəziyyətdədir. Maks və McLaren-lərdən çox cüzi geridə qalırıq”.

Rauf Hacıyev

Şərh əlavə et