Xəbəri Kokpitdə Oxuyun!

Williams yeni mühəndislər transfer edib

Williams komandası digər komandalardan bir neçə yüksək səviyyəli mühəmdisdən başqa Alpine komandasının sabiq texniki direktoru Mat Harman ilə anlaşıb.

Kokpit.az bildirir ki, Britaniya komandası yeni 5 mühəndislə anlaşıb və onlar Williams-ın aerodinamika və dizayn ofislərində işə başlayıblar.

Yen işçilər komandanın baş texniki məsulu olan Pat Fraya izahat verəcək.

Mat Harmana gəldikdə isə o, 2024-cü ilin əvvəlində A524-ün zəif olduğunu gördükdən sonra Alpine komandasından ıstefa vermişdi. O, bundan sonra Williams-ın texniki direktoru olacaq yay tətilindən sonra yeni komandası üçün işləməyə başlayacaq.

Digər 4 yüksək səviyyəli texniki işçilər isə bunlardır: Ferrari-nin performans təhlili üzrə sabiq başçısı Fabrise Monçade, Haas-ın sabiq baş aerodinamikaçısı Xuan Molina, Red Bull-un baş dizayneri Stiv Vinstanli və Alpine-nin sabiq performans rəhbəri Riçard Friz.

Monkade iyul ayından etibarən Williams-ın komputer elmləri üzrə baş mühəndisi, Molina isə 15 iyuldan etibarən baş aerodinamikaçısı olacaq.

Friz isə Williams-ın performans sistemləri üzrə rəhbəri olacaq və 2025-ci ildən əvvəl işləyə bilməyəcək.

Williams bunlardan başqa Hewlett Packard Enterprise-ın işçisi Sorin Çeranı məlumat və analitik rəhbər kimi işə götürüb.

Williams komandasının rəhbəri Ceyms Vavls yeni işə alımları barədə bunları deyib: “Bu altı insanı Williams-a dəvət etdiyim üçün çox sevincliyəm. Ön sıralara qayıtmaq üçün mübarizə aparırıq və digər komandalardan təcrübəli və çempionluq qazanmış mühəndisləri transfer etmək bizim bu yolda olan inancımızı göstərir.

Williams qalib gəlmək üçün lazımi yerlərə pul xərcləyir və növbəti aylarda peletonun digər komandalarından da yeni transferlər edəcəyik. Bu sadəcə başlanğıcdır”.

Pat Fray isə bu barədə belə danışıb: “Williams-ın cəsur hədəfləri və böyük tempi var. Bu heyrətamiz işə alımlar onu göstərir ki, insanlar bu layihənin bir parçası olmaq istəyir.

Gələcəyi inşa edərkən bazada olan gözəl istedada güc qatırıq”.

Rauf Hacıyev

Şərh əlavə et