Kokpit.az xatırladır ki, monakolu sürücü daha sonra yoluna davam edə bilib, lakin sürətli dövrəyə başlamaq üçün vaxt qalmayıb. Nəticədə, Şarl onunculuqla kifayətlənib.
Şarl Lekler: “Maşında tam olaraq nə baş verdiyini bilmirəm. Mən pit-leyndə olarkən mühərrikin dayanmasına mane olan sistem işləyirdi, lakin sonra hər şey söndü. Komanda dedi ki, mən pitə qayıdanda bunu müzakirə edəcəyik, amma hələ danışmağa vaxtımız olmayıb.
Bu gün çox da güclü deyildik, amma nəticə mütləq onuncu yerdən də yaxşı ola bilərdi. Bir az məyus oldum, amma sabahkı sprintin necə keçəcəyini görəcəyik. Çalışacağam ki, bolidi yaxşı idarə edim və yüksək mövqelərə qayıdım”.
Şərh əlavə et