Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Axşam əylənəcəyəm

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Avstriyada poul qazanmaq gözəl hissdir.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Red Bull-un vətəni Avstriyada sprint sıralanma turunda poul qazanıb.

Maks Ferstappen: “Öz vətənimdə, azarkeşlərimin önündə, evimdəki Qran Pridə birinci olmaq gözəldir. İndiyə kimi gözəl gün idi. Maşını sürmək gözəl idi. Deyəsən maşın çox balanslı idi.

Daha sonra sprint sıralanmasına başlamamışdan əvvəl bəzi kiçik sazlanmalar edirsiniz  və hər şey getdikcə yaxşılaşır. Yəni ki, həftəsonuna çox yaxşı başlanğıc etdik. Təbii ki, görüləcək çox iş var, amma bu gündən razıyam”.

Maks Ferstappen sabah Norrislə mübarizə aparıb-aparmayacağı sualına belə cavab verib: “Yəni ki, sabah görəcəyik. Doğrudan da çox stressli deyiləm. Axşam əylənəcəm və sabah mübarizə barədə düşünəcəyəm”.

 

Rauf Hacıyev

Şərh əlavə et