Kokpit.a xatırladır ki, Lando Norris mövsümə yaxşı başlayıb və Mayami Qran Prisində karyerasının ilk qələbəsini qazanıb. Britaniyalı sürücü ümumilikdə bu il 10 podium qazanıb. Buna baxmayaraq o, çempionatın lideri Maks Ferstappendən 69 xal geridə qalır.
Lando Norris: “Hər yarış həftəsonu özümə güvənirəm. Bolid də çox yaxşı performans göstərir.
Həmişə pouldan ən çox 0.1 saniyə geridə qalırıq və bundan razıyıq. Həyatımızı bir az da asanlaşdırmaq üçün bolidə yeniliklər gətirməliyik. Peletonda bir-birinə çox yaxındır və hazırda poul və qələbə üçün mübarizə apara biləcək 4 komanda var.
Yüksək sürətdə Red Bull-a nisbətdə üzərində işləyəcəyimiz çox şeyib olduğunu düşünürəm. Onlar yüksək sürətli döngələrdə bizdən daha yaxşı görünürlər. Bu sahədə bir az geri qalsaq da, qalan sahələrdə güclüyük”.
Şərh əlavə et