Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Stroll Aston Martin-də qalacaq

Aston Martin komandası gənc sürücüsü Ləns Strolla çoxillik yeni müqavilə imzalayıb.

Kokpit.az xatırladır ki, Lənsin atası Aston Martin komandasının sahibidir və kanadalı pilot atası komandası aldıqdan bir il sonra – 2019-cu ildə – Aston Martin-ə gəlib və o vaxtdan burada yarışır.

Bu isə o deməkdir ki, Aston MArtin komandası gələn il də sürücü heyətini qoruyacaq. Ləns Strolldan qısa müddət əvvəl Fernando Alonso da komandası ilə yeni müqavilə imzalamışdı.

Ləns Stroll: “2025-ci il və sonrasında komandada qalacağam və buna görə də çox xoşbəxtəm. Son 5 ildəki inkişafımızı görmək inanılmazdır. Bir komanda olaraq çox böyüdük və gələcək üçün hədəflədiyimiz çox şey var”.

Aston Martin komandasının rəhbəri Mayk Krak isə belə danışıb: “Lənsin Aston Martin komandasındakı gələcəyini dəqiqləşdirdiyimiz üçün çox xoşbəxtik.  O, bu komandanın qurulmasında vacib rol oynayıb. Onun yaxşı texniki geri bildirimləri və simulyatorda verdiyi faydalı məlumatlar bolidin inkişafında önəmli rol oynayıb.

Həm Lənsin, həm də Fernandonun komandamızda qalmağa davam etməsi hədəflərimizi reallaşdırmaq üçün bizə çox kömək edəcək. Bir yerdə daha çox gözəl xatirə yaşamaq və daha çox uğur qazanmaq üçün səbirsizlənirik”.

Rauf Hacıyev

Şərh əlavə et