Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Qayğılı həftəsonu olacaq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Avstriyada mövsümdəki 8-ci qələbəsini qazanmaq istəyir.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü daha əvvəl Red Bull Rinq trasında daha əvvəl 5 dəfə qalib gəlib. O, 2018, 2019, 2021-ci ildə iki yarış və 2023-cü illərdə Avstriyada qazanıb. 2022 və 2023-cü illərdə isə burada iki sprint yarışında hamını üstələyib.

Üçqat Dünya Çempionu bu il 10 yarışdan sonra 7 qələbə qazanıb və turnir cədvəlinə inamla başçılıq edir.

Bu həftəsonu da bizi sprint yarışı gözləyir. Maks Ferstappen komandasından daha diqqətli olmasını istəyir: “Bu həftəsonu bizi sprint yarışı gözləyir. Bu isə o deməkdir ki, təlaşlı və məşğul həftəsonu olacaq.

Burada maşınların sazlanmasını tez tapmaq, bolidi təhlil etmək çox vacibdir, çünki fərqlər çox azdır. Tras ötmə etmək üçün əlverişlidir. Buna görə əminəm ki, həyəcanlı yarış olacaq. Komanda keçən il burada yaxşı performans göstərmişdi. Ümid edirəm ki, bu həftəsonu azarkeşlərimizi qürurlandıraraq qələbə qazana bilərik.

Avstriyada həmişə yaxşı qarşılanırıq və Red Bull-un vətəni olan Avstriyaya gəldiyimiz üçün həmişə qürut duyuruq.

Avstrayinın mənzərəsi və dağları gözəldir. “Narıncı ordu”nun azarkeşlərini burada görmək və tribunadan gələn dəstəklərini hiss etmək gözəldir”.

Rauf Hacıyev

Şərh əlavə et