Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Artıq insanlara inanmıram

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, gələcəyi üçün başqa komandalarla apardığı danışıqlar ona Formula 1-in çətinliyini və paddokda az adama inanmalı olduğunu öyrədib. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü ilin sonunda Ferrari komandasından ayrılacaq və o hələ də özünə komanda tapa bilməyib. Hazırda onun gedə biləcəyi 3 komanda var – Alpine, Williams və Sauber.

Karlos Sayns: “Əvvəl onu deyim ki, builki vəziyyətim mənə Formula 1 barədə çox şey öyrətdi. Komandalarla danışmaq mənə bu idmanın nə qədər çətin olduğunu və müzakirələrin, danışıqların əvvəlində insanların dediklərinə çox az inanmalı olduğumu göstərdi.

 

Bundan başqa paddokda daha az insana güvənməliyik, çünki Formula 1-in doğrudan da siyası idman növü olduğunu öyrəndim. Bunun kimi çox şey var. Bu da mənə bu idmanın nə qədər çətin olduğunu və çox detallara girmədən Formula 1-in real sürətini göstərdi.

Düzdür mən digər komandaların neçənci olduğunu və gələn il potensial yarışacağım komandaların vəziyyətini çox yaxşı araşdırdım. Bu da Formula 1 komanlaraının nə vəziyyətdə olduğunu və gələcəkdə necə olacaqlarını anlamağıma kömək etdi”.

Karlos Sayns bildirib ki, alternativlərin bəzilərinin aldığı son nəticələrə görə həyəcanlansa da, komandaların gələcək planları barədə obyektiv qalmaq və ona təqdim edilən uzunmüddətli layihələrə köklənmək istəyir.

Karlos Sayns: “Mən və ətrafımdakı insanlar hər komandanın yarış performansına baxmamamğa çalışırıq. Sadəcə layihəyə və komandalarla danışdıqdan sonra hiss etdiyim şeylərə və təbii ki, müqaviləyə köklənmək istəyirəm. Razıyam. Bu heç də asan deyil, çünki mübarizəçi ruhum kimin daha sürətli olduğunu görmək istəyir. Amma məncə, hər komandanın son yarışı onların gələcəkdə necə olacağından xəbər vermir”.

Qeyd edək ki, Karlos Sayns Formula 1 karyerasına 2015-ci ildə başlayıb və o, Toro Rosso, Renault, McLaren və Ferrari kimi komandalarda çıxış edib.

Rauf Hacıyev

Şərh əlavə et