Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: RB-nin gənc sürücüyə ehtiyacı var

Red Bull-un idman məsləhətçisi son illər istəniləni verməyən, getdikcə də karyerası daha da çökən Daniel Rikkardonun əvəzlənməli olduğuna eyham vurub.

Kokpit.az bildirir ki, qocaman mütəxəssis bu rola Lyam Lousonu layiq hesab edir.

Helmut Marko: “Səhmdarlar aydın şəkildə bildirdilər ki, bu kiçik komandadır və biz buna uyğun hərəkət etməliyik. Daniel Red Bull-da yarışmaq məqsədi ilə nəzərdə tutulduğu üçün komandadadır, lakin indi həmin yer Serxio Peresə məxsusdur. Bizə RB-də gənc yarışçı lazımdır. Bu, Lyam Louson olacaq”.

Hətta bir müddət əvvəl jurnalist Co Seyvud iddia etmişdi ki, Lyam Danielin yerinə keçmək üçün gələn mövsümə qədər gözləməli olmayacaq, bu dəyişiklik yay fasiləsindən sonra baş verəcək.

Xatırladaq ki, RB komandası cari mövsümdə 28 xal qazanıb ki, bunun sadəcə 9-u Daniel Rikkardonun hesabına olub. Avstraliyalı sürücü komanda yoldaşından 10 xal geri qalır. Lakin açıqlamadan da belə görünür ki, onun komandadan göndərilməsinin yeganə səbəbi performansı deyil, həm də maaşının daha yuxarı olması komandanın maraqlarına uyğun gəlmir.

Elçin Zodorov

Şərh əlavə et