Xəbəri Kokpitdə Oxuyun!

Haas-da gələn il kim yarışacaq?

Amerikalı komanda Britaniya Qran Prisi ərəfəsində gələn mövsüm yarışdıracağı pilotlardan birinin adını açıqlayacaq. Bu, Racingnews365-in iddiasıdır.

Kokpit.az sözügedən resursa istinadən bildirir ki, həm sürücü Ferrari akademiyasının yetirməsi, bu il artıq yarışmağa imkan tapan və hətta xal qazanan Oliver Bermandır. Lakin sürücünün özü ötən cümə axşamı Barselonada bunları şayiə adlandırıb və hamını heç bir sənədin imzalanmadığına əmin edib.

Oliver Berman: “Bütün bunlar heç bir əsası olmayan fərziyyə və şayiələrdir. Maşını idarə edərkən diqqətimi buna cəmləməyə və müxtəlif qeyri-sağlam fərziyyələrdən uzaq olmağa çalışıram. Məqsədim bundan sonra da yaxşı nəticələr göstərməkdir. İmoladakı ilk məşqdə yaxşı çıxış etdiyimi düşünürəm. Ən azından razı qaldım və eyni məcrada davam etmək istəyirəm”.

Xatırladaq ki, aprelin sonunda alman pilot Niko Hülkenberqin Haası tərk edəcəyi məlum olub. Komandanı həmçinin danimarkalı Kevin Magnussen də təmsil edir. Lakin onun da komandadakı gələcəyi sual altındadır.

Qeyd edək ki, komanda cari mövsümdə 7 xalla Mühəndislər Kubokunda səkkizinci yerdədir.

 

Elçin Zodorov

Şərh əlavə et