Xəbəri Kokpitdə Oxuyun!

Alpine də Saynsa elçi düşüb

Alpine komandası da Karlos Saynsı transfer etmək üçün danışıqlara başlayıb.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü ilin sonunda Ferrari-dən ayrılacaq. Onunla Audi, Williams komandaları maraqlanır. Lakin 30 yaşlı pilot üçün yeni bir elçi çıxıb. Bu, Alpine komandasıdır. Fransalılar Karlosu Esteban Okonun yerinə gətirmək istəyir. Artıq tərəflər arasında danışıqlar da başlayıb. İddialara görə Alpine komandası Karlosa çox cəzbedici təklif göndərob.

Alpine komandası mövsümə pis başlasa da, son yarışlarda özlərinə gəlməyə başlayıblar. “Göylər” İspaniya Qran Prisinin sıralanma turunda iki sürücü ilə də son sessiyaya qalıb və yarışdan iki sürücü ilə də xal qazanıblar. Üstəlik fransızlar Kanada yarışından da xal qazanmışdılar. Əgər Monako yarışında Esteban Okon və Pyer Qasli təmas yaşamasalar, Alpine komandası Monte Karlodan da xalla qayıda bilərdi.

Karlos Saynsın digər alternativləri alpine qədər cəzbedici deyil. 2026-cı ildə Audi-nin baza komandası olmağa hazırlaşan Sauber bu il hələ də xal qazana bilməyib və isveçrəlilərin bu il qazandığı ən yaxşı nəticə Bəhreyn yarışındakı 11-cilik olub.

Willimas komandası da sadəcə Monako yarışında Aleks Elbonla doqquzuncu yeri tutaraq, xal qazana bilib və digər yarışlarda geridə qalıb.

Flavio Briatore Alpine komandasına məsləhətçi gələn kimi fransız təmsilçisi Karlos Saynsa transfer təklifi göndərob. Briatore vəzifəsinə görə komandanın sürücülərinə də qərar verə bilər və o, İspaniyada Luka de Meo ilə bu barədə qızğın müzakirə aparıb.

Briatore ən yaxşı sürücüləri komandasına gətirmək üçün həmişə aqressiv olub. O, 1991-ci ildə Mixael Şumaxeri Jordan komandasının əlindən almış və onu Dünya Çempionu etmişdi. İndi isə o, Alpine komandasının sürücü heyətini qərar verə bilər və buna görə də komandaya mümkün qədər güclü sürücülər transfer etmək istəyir.

Esteban Okonun gələn il Haas komandasında yarışması gözlənilir. Pyer Qaslinin isə müqaviləsi hələ də yenilənməyib.

Karlos Sayns da artıq mövsümə fokuslanmaq üçün gələcəyinin tezliklə məlum olmasını istəyir, amma təlsəərk, bəzi alternativləri əlindən qaçırmaq istəmir. Onun atası Karlos Sayns İspaniyada Sauber və Williams  daxil olmaqla müxtəlif  komandaların qonaq otaqlarına gedib.

Qeyd edək ki, Karlos Sayns daha əvvəl 2017-ci ildə Renaul komandasında yarışmışdı.

Rauf Hacıyev

Şərh əlavə et