Kokpit.az İtaliya mətbuatına istinadən bildirir ki, Ferrari komandası texniki heyətdə önəmli dəyişikliklər etməyə hazırlanır. Xəbərdə deyilir ki, Ferrari-nin aerodinamikadan məsul texniki direktoru Enriko Kardile artıq Aston Martin-dən gələn təklifi qəbul edib.
Həmin resursda bildirilir ki, Kardile bir neçə dəfə Louren Strolla telefonda danışdıqdan sonra təklifi qəbul etmək qərarına gəlib. Lakin italyan mühəndisin Ferrari-dən Aston Martin-ə nə zaman keçəcəyi hələ məlum deyil. Amma bunun 2025-ci ildən əvvəl reallşaşması inandırıcı görünmür.
Ferrari və Aston Martin komandaları bu barədə heç bir açıqlama verməyiblər.
Qeyd edək ki, Aston Martin və Ferrari komandaları gələn ilin ilk rübündə Red Bull komandasından ayrılmağa hazırlaşan Ədrian Nyui ilə də maraqlanırlar. Bəzi iddialara görə Nyui artıq Aston Martin-in bazasına gedərək orada gəzinti edib.
Şərh əlavə et