Kokpit.az xatırladır ki, niderlandlı sürücü yarışa ikinci yerdən başlasa da, startda Lando Norrisi keçib, amma liderliyə yüksələ bilməyib, çünki 4-cü yerdən start alan Corc Rassell yerindən hamıdan yaxşı tərpənərək, birinci pilləyə qalxıb.
Maks Ferstappen: “Məncə, yarışı gözəlləçdirən an start idi. Daha sonra liderliyə yüksəldim və fərqi artıra bildim. Ondan sonra əsas hədəfim yerimi qorumaq idi. Lando və McLaren çox sürətli idi. Məncə, hər şeyi düzgün etdik. Burada qazandığım üçün sevincliyəm. Bu yarışda əsas amil təkərlərə nəzarət etmək idi, çünki hava isti idi. Buna görə də yarışda çox sürüşürdük”.
Şərh əlavə et