Kokpit.az bildirir ki, bu insident sıralanma turunun birinci sessiyasında baş verib. Ləns Stroll sürətli dövrədə olarkən Loqan Sarcent onu əngəlləyib.
Sessiyadan sonra Loqan Sarcentin idman reqlamentinin 37.5-ci maddəsini pozduğu qeyd edilib. Bundan sonra amerikalı sürücünün günahkar olduğu aşkarlanıb və 20-ci yeri tutmasına baxmayaraq, ona startda 3 yer itirmək cəzası verilib.
Stüardlar bu barədə belə açıqlama verib: “2 nömrəli maşın 10-cu döngədə 18 nömrəli maşını əngəlləyib. 2 nömrəli maşın güzgülərində 18 nömrəli maşını gördükdən sonra uyğun formada reaksiya versə də, 9-cu və 10-cu döngələrin arasındakı düzlükdə komanda sürücünü vaxtında məlumatlandırmamışdır.
Bir komandanın sürücüsünü trafik barədə məlumatlandırmaması bu qayda pozuntusu üçün bəhanə deyil. Buna görə də stüardlar qərar veriblər ki, 2 nömrəli maşın 18 nömrəli maşını boş yerə əngəlləyib və ona startda yer itirmək cəzası verib”.
Şərh əlavə et