Xəbəri Kokpitdə Oxuyun!

Aleks Elbon yarışa pit yolundan başlayacaq

Williams komandasının sürücüsü Aleks Elbonun maşınında güc qurğusunu dəyişdirib və buna görə də taylandlı sürücü yarışa pit yolundan başlayacaq.

Kokpit.az bildirir ki, taylandlı sürücü bu il üçün batareya və elektronik idarəetmə bloku limitini aşdığı üçün İspaniya yarışına pit yolundan başlayacaq.

Xatırladaq ki, Aleks Elbon çətin keçən sıralanma turunda 19-cu yeri tutmuş və yalnız komanda yoldaşı Loqan Sarcenti qabaqlaya bilmişdi. Lakin Williams komandası sıralanma turundan sonra Elbona yeni batareya və elektronik idarəetmə bloku verib. Hər ikisi də Aleks üçün mövsümdəki üçüncü bloklardır. Sürücülər bu iki blokdan mövsüm ərzində iki dənə istifadə edə bilər.

FİA stüardları bu barədə belə açıqlama veriblər: “Güc qurğusu blokları FİA texniki nümayəndəliyinin icazəsi olmadan dəyişdirilib. Bu hal isə Formula 1 idman reqlamentinin 40.9-cu maddəsinə uyğun deyil. Buna görə də 23 nömrəli maşın 40.9-cu maddəyə görə yarışa pit yolundan başlayacaq”.
Aleks Elbon sıralanma turunda 19-cu yeri tutmuşdu. O, sessiyadan sonra belə açıqlama vermişdi: “Nəticələr yaxındır bu da orta qruo komandalarının nə qədər güclü olduğunu göstərir. Maşınım və balansım yaxşı idi.
Təkər cəhətdən elədə əlverişli olduğumuzu düşünmürəm.Təkərləri bir az çox qızdırdığımızı düşündüm. Buna görə də birinci və ikinci döngələrdə bir az balans problemi yaşadım. Ondan sonra isə dövrəmdən razı qaldım. Amma indi vəziyyət belədir və ora çox yaxındır.
Keçən illə müqayisə etdiyimizdə çox böyük addım atdığımızı görürəm. Sürmək doğrudan da çox daha yaxşı hiss etdirir, amma hələ də ağırlıq var”.
Qeyd edək ki, Williams komandasının digər sürücüsü Loqan Sarcent dünən sıralanma turunda Ləns Strollu əngəllədiyi üçün startda 3 yer itirmək cəzası alıb. Buna baxmayaraq Sarcent yarışa 19-cu, Elbon isə 20-ci yerlərdən başlayacaqlar.

 

Rauf Hacıyev

Şərh əlavə et