Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Maşın rəqbətədavamlıdır

McLaren-in avstraliyalı sürücüsü məşqlərdə komanda yoldaşından geri qalsa da, maşından razıdır.

Kokpit.az bildirir ki, buna baxmayaraq, Oskar maşında inkişaf etdirilməli şeylərin çox olduğu düşüncəsindədir və sazlanmalara əl gəzdirməli olduqlarını düşünür. O, ilk məşqlərdə altıncı, ikinci məşqlərdə isə yeddinci ən yaxşı nəticəni göstərib.

Oskar Piastri: “Baxmayaraq ki, həll edilməli bir sıra aspektlər var, biz kifayət qədər layiqli iş gördük. Maşın rəqabətə imkan verir və bu yaxşıdır. İkinci sessiya zamanı mən sazlanmalarla bağlı bir neçə şey tapdım – axşam üçün əsas vəzifə daha da təkmilləşməyə nail olmaqdır.

Ön cərgələrdə nəticələrin çox sıx olmasına baxmayaraq, sıralanma turuna tam hazır olmaq üçün hələ görüləsi işlər var, ona görə də sabah biz boliddən maksimum nəticə çıxarmağa çalışmalıyıq – bu, bazar günkü yarış üçün vacibdir”.

Elçin Zodorov

Şərh əlavə et