Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Problemlərdən qaça bildik

Maks günün son məşqlərini beşinci sırada tamamlayıb. Hazırkı dünya çempionu maşının performansından razıdır, lakin daha da inkişaf edə biləcəklərini etiraf edir.

Kokpit.az bildirir ki, Ferstappen ilk məşqləri ikinci yerdə tamamlayıb. Onun komanda yoldaşı Serxio Peres də hər iki məşqi ilk beşlikdə tamamlayıb.

Maks Ferstappen: “Birinci və ikinci məşq seanslarında avtomobilin davranışını bir az tənzimləmək üçün müxtəlif parametrləri sınadıq. Düşünürəm ki, ciddi problemlərdən qaça bildiyimiz üçün gün olduqca normal keçdi. Biz böyük ümidlər bəsləyirik, amma indi maşını daha da yaxşılaşdırmalıyıq. Belə vəziyyətdə bunlar olduqca normaldır. Buraya bəzi yeniliklər gətirmişik, lakin onlar performansa ciddi təsir edən şeylər deyil. Hər şey yaxşı görünür”.

Serxio Peres: “Günə yaxşı başladıq, lakin ikinci məşqə qədər biz maşında çox dəyişiklik etdik. Bu da sürətin itirilməsinə səbəb oldu. Təhlil ediləcək çox şey var və ümid edirəm ki, sabah bütün kiçik parçaları bir araya gətirə bilərik. Sıralanma turu çox vacib olacaq, çünki bu trasda ötmə mümkün deyil. Yarışı yüksək yerdə tamamlamaq üçün sabah yaxşı nəticə qazanmaq lazımdır”.

Elçin Zodorov

Şərh əlavə et