Kokpit.az xatırladır ki, niderlandlı sürücü son ana qədər poulda olsa da, Lando Norris ondan cüzi fərqlə poulu alıb.
Maks Ferstappen: “Məncə, sıralanma turunda hər şey bir az da gözəl oldu. Bütün həftəsonu ərzində balanslı sazlanma tapmağa çalışdıq. Sıralanma turunda çox xoşbəxt idim. Üçüncü sessiyada Çekodan gözəl hava kisəsi aldım, amma heyif ki, bəs eləmədi. Bəzən belə olur, amma ümumilikdə maşının performansından razı ola bilərik və sabah hər şey baş verə bilər”.
Üçqat Dünya Çempionu sıralanma turunun son sessiyasında Serxio Peresdən aldığı hava kisəsindən danışıb: “Bu təsadüf idi. Çekonun dövrə ərzində harada olduğunu bilmirdim. Sonra mənə harada olduğunu dedilər və mən də dedim ki, ondan istifadə etməyə çalışacağam.
Hava qızdıqca sıralanma turu daha da əyləncəli oldu. Sıralanma turu ərzində külək bir az da çoxalmağa başladı. Bəlkə də, bizim üçün son sessiyada işləri daha da çətinləşdirdi. Amma ümumilikdə bizim üçün yaxşı performans idi”.
Şərh əlavə et