Kokpit.az xatrıladır ki, Mercedes komandası Kanada Qran Prisində builki ən yaxşı nəticələrini əldə etmişdi. “Gümüşü oxlar” bu templərini İspaniyada da davam etdirib və Lyuis Həmilton sıralanma turunda üçüncü, Corc Rassell isə 4-cü yerləri tutubıar.
Lyuis Həmilton: “Üçlüyə düşdüyüm üçün çox sevincliyəm. Təbii ki, poul qazanmağı gözləmirdim, amma oraya çox yaxın idik. Buna görə də çox xoşbəxtəm. Çox çətin mövsüm oldu. Bazadakı hamı çox işlədi və bu mərhələli addımların bəhrəsini görməyə başladıq.
İrəliyə doğru böyük addımlar atdıq və bu, doğrudan da bazada dizayn üzərində işləyən və bu yarışlara gətirdiyimiz yeni detalları hazırlayan bütün işçilərdən asılıdır. W15 yavaş-yavaş öndəki komandalarla mübarizə aparan maşına dönür.
Corc da əla iş gördü. Ümid edirəm ki, yarışda öndəkilərə təzyiq göstərə bilərik”.
Şərh əlavə et