Kokpit.az xatırladır ki, ispaniyalı sürücü öz ölkəsində keçirilən cümə sərbəst yürüşlərində yaxşı təsir bağışlayıb və günü ikinci yerdə bitirib.
Lakin Karlos Sayns bildirib ki, vahid dövrədə güclü olsalar da, keçənilki kimi yarış tempində problem yaşayırlar: “Hamı üçün çətin cümə günü oldu. Tras çox sürüşkən idi və həm küləyə, həm də yüksək temperatura görə yaxşı dövrələr vurmaq asan olmadı. Əvvəldən sona qədər çətin mübarizədə olduq.
Vahid dövrədə çox yaxşıyıq. Gətirdiyimiz yünilikləri təhlil etdik və hər şey yaxşı işləyir. Sözün açığı, komandalar bir-birlərinə yaxındırlar və buna görə də yaxşı işləyən kiçik paket həmişə fərq yarada bilər. Bu bazar günü paketimizin yaxşı olub-olmadığını görəcəyik”.
Şərh əlavə et