Kokpit.az xatırladır ki, ispaniyalı sürücü öz vətənindəki qran priyə yaxşı başlamaq istəsə də, ümidləri doğrulmayıb. İkiqat Dünya Çempionu birinci sərbəst yürüşlərdə 9-cu, ikinci sərbəst yürüşlərdə isə 14-cü yeri tutub. Bu hal Kataloniya trasına yığışmış ispan azarkeşləri çox məyus edib.
Fernando Alonso: “Bu sizin nəyə ənənəvi tras deməyinizdən asılıdır. Məncə, artıq Bakı, Mayami və Veqas tərsi traslar var. Yəni ki, təqvimdə Barselonaya oxşar 6-7 tras və fərqli olan 18 tras var”.
Aston Martin komandasının digər sürücüsü Ləns Stroll da ilk gündən sonra demək olar ki, təcrübəli Fernando Alonso ilə eyni fikirdədir: “Bizim üçün çox çətin bir gün idi.
Çox rəqabətədavamlı deyildik. Buna görə də çox işləməli və şənbə günü nə edə biləcəyimizə baxmalıyıq. Görüləcək çox iş var. Təkər yeyilməsi həddən artıq çoxdur. Bu trasda hava həmişə isti olur. Buna görə də bazar günü təkərlərə nəzarət etmək çox çətin olacaq, amma şənbə günü üçün maşının sürətini artırmalıyıq”.
Qeyd edək ki, Aston Martin komandası Barselonaya bəzi yeniliklərlə gəliblər. “Yaşıllar” mövsümün ilk Avropa yarışına ön asılqan örtüyü, ön əyləc kanalı, arxa kənar deflektoru gətiriblər.
Şərh əlavə et