Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Briatore Alpine-ə qayıdıb

Bu gün verilən açıqlama ilə Flavio Briatore rəsmi olaraq yenidən Alpine komandasına qayıdıb. 

Kokpit.az xatırladır ki, Flavio Briatore 1988-2009-cu illərdə Enstoun mərkəzli komandada işləmişdi. Onun adı son dövrlər Alpine ilə hallanda da, rəsmi açıqlama yox idi.

Bu gün verilən rəsmi açıqlama ilə Flavio Briatore Alpine komandasına rəhbər məsləhətçisi kimi gəlib. Bu qərarı Renault Qrupunun rəhbəri Luka de Meo alıb.

Briatore əsasən komandanın yüksək səviyyəli sahələrinə köklənəcək. Bu sahələr arasında ən yaxşı istedadları kəşf etmək və sürücü bazarı barədə məlumat təmin etmək, hazırkı quruluşu dəyərləndirərərk, layihəyə dəstək olmaq və idmanda strateji mövzularda məsləhətlər vermək var.

Qeyd edək ki, Flavio Briatore Enstouna kommersiya rəhbəri kimi gəlib. O, daha sonra Benetton komandasında rəhbər olub və 2009-cu ilə qədər bu vəzifəsində qalıb. Onun vəzifəsindən qovulma səbəbi isə 2008-ci ilin Sinqapur yarışındakı qəza skandalını təşkil etməsi olub. Cəzası qurtardıqdan sonra müxtəlif layihəlrələ Formula 1-ə yaxın işləyib, lakin heç bir komandada vəzifəsi olmayıb.

Rauf Hacıyev

Şərh əlavə et