Xəbəri Kokpitdə Oxuyun!

RB Barselonaya yeniliklərlə gəlib

Gözləniliyi kimi RB komandası Barselona Qran Prisinə yeniliklər paketi gətirib.

Kokpit.az bildirir ki, RB komandasının Barselona üçün yeniliklər gətirəcəyi gözlənilirdi.

Barselonada yeni bir paket gün üzünə çıxıb. Maşına yeni arxa qanad, gövdə detalları və altlıq gətirilib. Lakin yeniliklər bunlarla bitmirlər. Bir mühəndisin dediyinə görə maşında ön və tarazlayıcı qanaddan başqa hər şey dəyişdirilib.

RB komandasının texniki direktoru Codi Eqqinton bu barədə belə danışıb: “Faentsa və Bicesterdə performansı yaxşılaşdırmaq üçün hər iki maşının altlığını, arxa qanadını və əksər hissələrin yenilənməsi üçün işlər gedib. Cümə günü sərbəst yürüşlərdə mümkün qədər çox məlumat toplayıb, bunlar üzərində işləməli və şənbə gününə bacardığımız qədər yaxşı hazırlanmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et