Xəbəri Kokpitdə Oxuyun!

Norris Avropa mövsümünə sürətli başlayıb

İspaniyada birinci sərbəst yürüşlərdə Lando Norris hamıdan üstün olub

Kokpit.az xatırladır ki, komandalar Monrealdakı yarışdan sonra artıq Avropaya qayıdıblar və çempionatda Avropa mövsümü başlayıb.

İsti hava şəraitində keçən sessiyada Red Bull və Ferrari-nin də arasında olduğu bəzi komandalar yenilikləri test ediblər. Sürücülər sessiyanın əvvəlində əsasən Medium və Hard təkərlərdən istifadə ediblər. Daha sonra isə Soft təkərlərə keçiblər.

Red Bull komandasının sürücüsü Maks Ferstappen ilk 10 dəqiqədən sonra 1.15.424  zaman nəticəsi ilə liderliyə oturub. Daha sonra sürücülər Soft təkərlər keçdikdən sonra hər şey dəyişib və Lando Norris sürətli dövrəni 1.14.228-ə qədər təkmilləşdirib.

Son 20 dəqiqəyə başlayanda isə Fernandi Alonsonun ön qanadında bir detal qopub və trasa yayıldığı üçün sessiya qırmızı bayraqlarla dayandırılıb. Tras təmizləndikdən sonra sessiya yenidən başlasa da, Lando Norrisin nəticəsini yaxşılaşdıran tapılmayıb. Beləliklə britaniyalı sürücü Barselonadakı birinci sərbəst yürüşləri zirvədə bitirib. Ondan 0.024 saniyə geri qalan Maks Ferstappen ikinci olub.

Karlos Sayns ilk iki yerdəki sürücüdən fərqli olaraq sürətli dövrəsini Medium tərkiblər vurub və 0.344 saniyə geridə qalaraq üçüncü olub. Corc Rassell ispaniyalı sürücüdən 0.042 saniyə geridə qalıb. Serxio Peres Soft tərkiblərlə 0.4 saniyə geri qalaraq, 5-ci, Oskar Piastri isə 0.6 saniyə feri qalaraq 6-cı yerdə qərarlaşıblar.

Lyuis Həmilton Medium tərkiblərlə komanda yoldaşı Rasselldən 0.3 saniyə geridə qalaraq 7-ci olub. İlk onluğu isə Esteban Okon, Fernando Alonso və Aleks Elbon tamamlayıb.

Lekler Medium təkərlərlə 1.15.434 zaman nəticəsi göstərib və 11-ci yeri tutub. Onu Valtteri Bottas, Pyer Qasli, Ləns Stroll, Daniel Rikkardo, Quanyu Çjou və Kevin Maqnussen izləyiblər.

Loqan Sarcent 18-ci, Niko Hülkenberqi əvəz edən Oliver Birman 19-cu yeri tutublar. Sonuncu yerdə isə RB komandasından Yuki Tsunoda qərarlaşıb.

Rauf Hacıyev

Şərh əlavə et