Kokpit.az xatırladır ki, isti havada keçən birinci sərbəst yürüşlərdə ilk 4 yeri fərqli komandanın sürücüləri tutmuşdu.
İlk dövrələrdən sonra Maks Ferstappen Medium təkərlərlə dördüncü olub. Komanda ondan radio vasitəsilə balans barədə soruşub və niderlandlı sürücü narazılığını bildirib. Bundan sonra komanda üçqat Dünya Çempionunu pitə çağırıb.
Sessiyasının 15-ci dəqiqəsində Mercedes komandasının sürücüsü Corc Rassell 1.14.089 zaman nəticəsi göstərib və o Lando Norrisi 0.1 saniyə qabaqlayaraq liderliyə yüksəlib.
Sessiyanın ortalarına doğru Oskar Piastri məlumat problemi yaşayıb və McLaren komandası onu dərhal pitə çağırıb.
Sürücülər Soft təkərlərə keçdikdən sonra dövrəvi nəticələr yaxşılaşmağa başlayıb və bu tərkiblərlə ilk sürətli dövrəni Ferrari-dən Karlos Sayns atıb. Yerli qəhərman 1.13.286 zaman nəticəsi göstərib.
Sürücülər Soft təkərlərdə dövrələr atarkən Serxio Peres boksda qalıb. O, sessiyanın sonuna 20 dəqiqə qalmış trasa çıxıb və 13-cü yeri tutub.
Daha sonra Mercedes komandasının əfsanəvi sürücüsü Lyuis Həmilton 1.13.264 zaman nəticəsi ilə liderliyə yüksəlib və bundan sonra onu keçə bilən olmayıb. Bununla da birinci sərbəst yürüşlrədə olduğu kimi ikinci sərbəst yürüşlərdə də ilk 5 yerdə 5 fərqli sürücü olub.
Karlos Sayns liderdən 0.022 saniyə geri qalaraq ikinci, Lando Norris isə 0.055 saniyə geri qalaraq üçüncü olub.
Alpine komandasından Pyer Qasli isə 0.2 saniyə gerudən üçlüyü izləyib. Çempionatın lideri Maks Ferstappen isə 0.240 saniyə geri qalaraq, beşinciyə razı olub.
Şarl Lekler 0.333 saniyə geridə qalaraq 6-cı, McLaren komandasının sürücüsü Oskar Piastri 0.358 saniyə geridə 7-ci yeri tutub. Onluğu müvafiq olaraq Corc Rassell, Esteban Okon və Valtteri Bottas tamamlayıb.
Kevin Maqnussen 1.14.021 zaman nəticəsi 11-ci, komanda yoldaşı niko Hülkenberq 12-ci, Serxio Peres 13-cü, Fernando Alonso 14-cü, Yuki Tsunoda 15-ci, Daniel Rikkardo 16-cı, Quanyu Çjou isə 17-ci yeri tutublar. Onları Ləns Stroll, Aleks Elbon və Loqan Sarcent izləyib.
Şərh əlavə et