Xəbəri Kokpitdə Oxuyun!

Bəzi sürücülər güc qurğusunda dəyişiklik ediblər

Red Bull komandasının sürücüsü Maks Ferstappen builki dördüncü – sonuncu güc qurğusuna keçib.

Kokpit.az bildirir ki, son üç ilin Dünya Çempionu builki son daxiliyanma mühərriyinə, turboya, MGU-H və MGU-K generatorlarına keçib.

Maks Ferstappendən başqa Karlos Sayns və Pyer Qasli də eyni hissələri dəyişiblər. Şarl Lekler isə yeni MGU-H generatoru götürüb.

Bundan başqa Serxio Peres, Esteban Okon və Quanyu Çjou builki ikinci batareyaya keçiblər. Çjou yeni qaz buraxma sistemi və elektron idarəetmə bloku götürüb.

Qazburaxma sistemi dəyişən digər sürücülər isə Maks Ferstappen, Karlos Sayns, Pyer Qasli və Valtteri Bottas olub.

Rauf Hacıyev

Şərh əlavə et