Xəbəri Kokpitdə Oxuyun!

Williams komandasında yeni aerdinamik rəhbər: Adam Kenyon

Williams komandasının yeni aerodinamik rəhbəri Adam Kenyon olub. 

Kokpit.az bildirir ki, Williams komandasının rəhbəri Ceyms Vavls komandanın texniki heyətini yenidən qurur. Komandanın aerodinamik rəhbər vəzifəsi 2022-ci ildən bəri boş idi. Devid Viterdən sonra nəhayət ki, bu posta Adam Kenyon gətirilib. 

Adam Kenyon karyerasına Red Bull komandasında başlamış və daha sonra Mercedes komandasında Ceyms Vavls ilə işləmişdi. O, daha sonra Vavlsa qoşularaq, Williams komandasına gəlmiş və burada aerdinamika şöbəsində işləməyə başlamışdı. Kenyon artıq bu şöbənin rəhbəridir.

Kenyon hazırda komandanın texniki direktoru olan Pət Frayın tabeliyində işləyəcək.

Ceyms Vavls bildirib ki, Kenyon mühəndis kimi əla işləyir və o, daha çox yaxşı işlər görə bilər: “Adam mühəndis kimi əla işlər görürdü, amma onun daha yaxşısını edib-etməyəcəyini görmək istədim və o da bunu bacardı. Hazırda komandaya yeniliklər gətirir və üç-dörd mövsüm sonranı fikirləşir. İndi aerodinamika şöbəsini onun ətrafında quracağıq”.

Rauf Hacıyev

Şərh əlavə et