Xəbəri Kokpitdə Oxuyun!

Barselonada da yağış yağacaq?

Proqnozlar Barselonadakı həftəsonu günlərinə isti hava vəd edir və yarış günü yağıntı ola biləcəyi ehtimal edilir.

Kokpit.az xəbər verir ki, cümə günü göy üzü günəşli, temperatur isə 25 dərəcəyə qədər olacaq. Mülayim cənub-şərq küləyi əsəcək və yağış ehtimalı sadəcə 5%-dir.

Şənbə günü hava dəyişkən buludlu və küləkli olsa da, temperatur 27 dərəcəyə qədər çatacaq.

Bazar günü isə səhər güclü yağış yağacaq. Maksimal temperaturun 23 dərəcə, havanın isə buludlu olacağı gözlənilir.

Elçin Zodorov

Şərh əlavə et