Kokpit.az xatırladır ki, meksikalı son iki yarışdan – Monako və Kanadadan xalsız ayrılıb. 34 yaşlı sürücü Kanada yarışından sonra komandanın bazasına qayıdıb və İspaniya yarışına gərgin formada hazırlaşmağa başlayıb.
Serxio Peres: “Kanadadakı uğursuzluqdan sonra Barselonada doğrudan da yaxşı həftəsonuna ehtiyacım var. Bəzən hər şeyə başdan başlamaq lazımdır. Biz də Monrealdan sonra bunu etdik.
Bazaya gəlib, komanda ilə bir yerdə işləməyə başladım və boliddən ən yaxşı performansı almaq üçün nəyi daha yaxşı edəcəyimi müəyyənləşdirməyə çalışdım. Bolidə güvənirəm və bilirəm ki, daha çox potensialı var. İndi isə bunu Barselonada göstərməliyik.
İspaniya Qran Prisini həmişə sevmişəm. Burada olanda özümü evimdəki kimi hiss edirəm. Bu trası yaxşı tanıyıram. RB20 sürətli olmalıdır. Yəni ki, hər şey bizdən asılıdır. Hər şeyi doğru etməli və mümkün qədər yaxşı nəticə qazanmalıyıq”.
Şərh əlavə et