Kokpit.az xatırladır ki, 26 yaşlı sürücü Formula 1 karyerasının ilk yarışını 2016-cı ildə İspaniyada qazanmışdı. Niderlandlı sürücü ümid edir ki, Barselona yarışı onun üçün daha yaxşı keçəcək.
Maks Ferstappen: “Avropaya geri qayıdırıq! Bu həftə komanda ilə birlikdə üçyarışlıq seriyanın ilki olacaq İspaniya Qran Prisi üçün hazırlandıq. Azarkeşlərə və onların dəstəyinə hörmətimi göstərmək üçün yeni narıncı dəbilqəmi ilk dəfə Barselonada istifadə edəcəm. Formula 1-dəki ilk qələbəmi burafa qazandığımı nəzərə alsaq, bu trasda gözəl xatirələrim var.
Barselona trası sürətli və yavaş döngələrin gözəl ardıcıllığından ibarətdir. Bolidimiz həmişə burada sürətli olub və ümid edirəm ki, bu həftəsonu da belə olar.
Kanadadakı tempimizi davam etdirmək istəyirik. Buna görə də həftəsonunu səbirsizliklə gözləyirik. Ümid edirəm ki, hava yaxşı olar”.
Şərh əlavə et