Xəbəri Kokpitdə Oxuyun!

Ə.Nyui Aston Martin-in bazasına gedib

Bəzi iddialara əsasən Aston Martin Ədrian Nyuinin transferində rəqiblərini bir addım qabaqlayıb.

Kokpit.az xatırladır ki, Formula 1-in əfsanəvi konstruktoru gələn ilin ilk rübündə Red Bull komandasından ayrılacaq və onunla demək olar ki, bütün Formula 1 komandaları maraqlanır.

Əksəriyyət düşünürdü ki, Nyui Red Bull-dan ayrıldıqdan sonra Ferrari-yə transfer olunacaq, amma Aston Martin dahi mühəndisin transferində bir addım qabağa düşüb.

Britaniya mətbuatının verdiyi xəbərə görə Ədrian Nyui Aston Martin komandasının milyarder sahibi Lourens Strolla danışıqlar aparıb.

Danışıqlar zamanı Ədrian Nyui Aston Martin-in Silverstoundakı bazasına gələrək oranı gəzib.

Qeyd edək ki, Nyui gələn il başqa komandaya keçə bilər və bu da ona 2026-cı il maşını üzərində işləməyə imkan verəcək.

Hələlik Nyuinin bu xüsusi gəzintisi barədə açıqlama verilməyib, amma danışıqlar artıq son mərhələdədir.

Rauf Hacıyev

Şərh əlavə et